[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-530.jpg” ]
28 Aprel tarixində ADDIM Gənclər təşkilatının Chatboxda yayımlanan “ADDIMla” Verlişi Ekologika layihəsi və dünyanı narahat edən ekoloji problemlərə həsr olunmuşdur.
Verlişin qonaqları Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov, Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Marqo Olvut və ADDIM Gənclər təşkilatının sədr müavini Aynur Salmanova idi.
Verlişdə Aynur Salmanova Ekologika layihəsinin məqsədindən, layihə çərçivəsində 18 Aprel tarixində Lənkəranda və 22 Apreldə Bakıda keçirilən “Gənclərin Ekoloji problemlərin həlli istiqamətində maarifləndirilməsi və onların bu prosesdə təşəbbüslərinin artırılması” mövzusunda təlimdən söz açdı.
Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov bu tipli layihənin əhəmiyyətindən, Azərbaycan Gənclər Fondunun gördüyü işlərdən, gənclər üçün yaradılan şəraitlərdən danışdı. Fransa səfirliyinin nümayəndəsi də gənclərin ekoloji problemlərin həllində təşəbbüskarlıq göstərməsində, onların bu mövzuda maariflənməsinin vacibliyini vurğuladı. Eyni zamanda 2015ci ilin dekabr ayında Qlobal iqlim dəyişikliyi mövzusunda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfrans haqqında məlumat verdi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21571″ id=”21571″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]