[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-350.jpg” ]
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi “Ulu Öndər mirasıdır yurdum Azərbaycanım!” layihəsi çərçivəsində Bakı şəhərində həyata keçirdiyi futbol yarışları davam edir.
Birlikdən daxil olan məlumata görə, layihə çərçivəsində futbol yarışlarının keçirilməsi bu il birinci Avropa Oyunlarının Azərbaycanda, paytaxt Bakıda keçirilməsi ilə əlaqədardır.
Layihə çərçivəsində keçiriləcək oyunlarda futbolçuları “Bakı2015” ilk Avropa Oyunlarının beynəlxalq aləmdə Azərbaycanı təmsil etməsi stimullaşdırıb.
Bir neçə komandanın iştirakı ilə baş tutan turnir dairəvi sistem üzrə keçirilir.
Üç həftə ərzində davam edən futbol yarışlarının bu həftə son yarışıdır. Sonda iştirakçılara sertifikat təqdim ediləcək.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən layihənin məqsədi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan gənclər siyasətinin uğurlu davamını təbliğ etmək, həmçinin gənclərin vətənpəvərlik ruhunda tərbiyə olunması, onların fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması, gənclər arasında təbliğat işinin gücləndirilməsi və sağlam həyat tərzi ilə bağlı dözümlülük, mərdlik, təşəbbüskarlıq və zirəkliyin, soyuqqanlılıq kimi keyfiyyətlərin aşılanmasıdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21561″ id=”21561″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]