[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-619.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi IB Club-un rəsmi tərəfdaşlığı ilə Gənclər Fondunun VI qrant müsabiqəsinin “C kateqoriyası” (fiziki şəxslərin layihələri) üzrə qalibi olmuş “Real Biznes Plan Çempionatı” layihəsinin icrası uğurla davam edir. Qeyd edək ki, 24 aprel tarixində layihə çərçivəsində növbəti görüş- “Uğurlu ünsiyyət” təlimi baş tutmuşdur. Görüşdə uğurlu ünsiyyət modelləri, biznes əlaqələrinin düzgün qurulması, ünsiyyətin növləri, ünsiyyət əngəlləri və onların aradan qaldırılması yolları, tənqidin metodları, proaktivlik, ünsiyyət zamanı dinləmə və onun növləri, təmsil sistemləri, səs tonundan düzgün istifadə, artikulyasiya məşqləri və s kimi mühüm praktiki və nəzəri məsələlər tələbələrin diqqətinə çatdırılmışdır.
27 aprel tarixində isə layihə çərçivəsində növbəti görüş- “Komanda işi” təlimi baş tutmuşdur. Görüşdə tələbələrə yeni biznes qurarkən komanda işinin təşkili və liderlik mövzularında aşağıdakı məsələlər çatdırılmışdır; “enerjidən sinerji qurmaq”, “mənfidən komandaqurmaq”, “komanda üzü”, “liderlik- uğurlu rəhbərlik sənəti”, “komandada liderliyin rolu” və s. Təlimdə mövzu ilə bağlı həm nəzəri həm də praktiki məsələlərə toxunulmuşdur. Bu görüşlər də bir qayda olaraq tələbələrin dərs saatlarını nəzərə alaraq 2 növbəli qaydada həyata keçirilmişdir. Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 8 təlim və sonda 9 may 2015 tarixində Real Biznes Plan Çempionatının keçirilməsi nəzərdə tutulur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21498″ id=”21498″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]