[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed59.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsinin qalibi “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi “İnternat məzunlarının cəmiyyətə “İdmanla İnteqrasiya”sı” layihəsinin təqdimat mərasimini keçirib. Təqdimatda Gənclər Fondu, Nizami rayon İcra Hakimiyyəti, Güləş Federasiyası, Azərbaycan Diplomatiya Akademiyası, “Business Development Solutions” və digər müəssisələrin nümayəndələri, “Qarabağ” futbol komandasının ulduzları, K1 idman növü üzrə Avropa çempionu və s. iştirak etmişdir.
Təqdimat mərasimində təşkilatın sədri Araz Əhmədov internat və uşaq evi məzunu olan gənclərin bu tipli layihələrdə iştirakının onların dünyagörüşünün artırılmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların fiziki, psixoloji və mənəvi sağlamlığının artırılmasında, gənclər arasında sağlam həyat tərzinin təbliğatındakı əhəmiyyətini vurğulayıb.
Həmçinin digər qonaqlar da bu tip layihələrin əhmiyyətindən danışıb və gələcədə layihənin mütəmadi şəkildə yenidən təşkil olunmasını təklif ediblər.
Tədbir zamanı “Qarabağ” futbol komandasının kapitanı Rəşad Sadığov da layihə haqqında öz fikirləri ilə paylaşıb və layihədə iştirak edəcək 6 futbol komandasının oyun formalarını oyunçulara təqdim edib.
Xatırladaq ki, layihənin əsas məqsədi İnternat məzunu olan gənclərin cəmiyyətə inteqrasiyası üçün mövcud psixoloji problemlərin həllinə çalışmaq, onlara maarifləndirici təlimlər keçirmək, sağlam həyat tərzi və asudə vaxtının düzgün istifadəsi üçün müxtəlif idman yarışlarının təşkilidir.
Layihə zamanı 4 müəssisənin məzunlarından ibarət komandalar arasında futbol yarışları təşkil olunacaq. Bu yarışmada fərqlənən gənclərdən ibarət yığma komanda hazırlanacaq və digər həvəskar komandalarla oyunlar təşkil olunacaq. Yığma komandaya düşməyən iştirakçılar isə Paintball yarışlarına cəlb olunacaqlar.
Növbəti mərhələdə layihə iştirakçıları üçün 3 günlük düşərgə təşkil olunacaq. Düşərgə əsasən maarifləndirici xarakter daşıyacaq, həmçinin gənclər üçün müxtəlif intellektual oyunlar və əyləncəli proqramlar təşkil olunacaq. Gənclərə “İdmanla inteqrasiya” mövzusunda təlimlər keçiriləcək, onlarda özünəinam və liderlik qabiliyyətləri inkişaf etdiriləcək. Həmçinin karyera qurmaları üçün lazım olan bacarıq və qabiliyyətlər iştirakçılara praktik təlimlər vasitəsilə öyrədiləcək.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21484″ id=”21484″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]