[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed55.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi həyata keçirilən “Real Biznes Plan Çempionatı” layihəsinin icrası uğurla davam edir. Qeyd edək ki, 23 aprel tarixində layihə çərçivəsində növbəti görüş- Maliyyə və Marketinq seminarı baş tutmuşdur. Görüşdə tələbələrə yeni biznes qurarkən maliyyə planlaşdırılması və risklərin təhlili mövzularında aşağıdakı məsələlər çatdırılmışdır; satışın, mənfəət və zərərin proqnozlaşdırılması, nağd pul axını, balans, “break-even” analizi, kadr xərcləri, qiymət qoyma strategiyası, xalis cari dəyər (NPV), layihənin rentabellik göstəriciləri, investisiyanın qayıdış müddəti və s. Digər seminar- Marketinqdə isə şirkətlərin reklam və PR strategiyalarının qurulması, uğurlu reklam alətlərinin seçilməsi, effektiv marketinq üsulları və s. kimi praktiki və nəzəri məsələlər tələbələrin diqqətinə çatdırılmışdır. Bu görüş də tələbələrin dərs saatlarını nəzərə alaraq 2 növbəli qaydada həyata keçirilmişdir. Həmçinin iştirakçılara lazımlı məlumatlar əks olunan paylama materialları da paylanmışdır. Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 8 təlim və sonda 9 may 2015 tarixində Real Biznes Plan Çempionatının keçirilməsi nəzərdə tutulur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21396″ id=”21396″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]