[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-340.jpg” ]
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Gənclərdən İlk Avropa Oyunlarına yaradıcı dəstək” layihə çərçivəsində Mingəçevir və Gəncə şəhərlərində möhtəşəm festivalların hazırlıq işləri bitir.
Yaxın günlərdə baş tutacaq festivallarda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirməklə, ölkəmizin ev sahibliyi edəcəyi Avropa Oyunlarına ictimai dəstək verəcəklər.
Festivallarda uşaq və yeniyetmələrin, eyni zamanda gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdiriləcək, gənclər arasında viktorinalar keçiriləcəkdir. Avropa Oyunlarının Mingəçevir şəhərində də keçiriləcəyini nəzərə alaraq, festival çərçivəsində Kür çayında bir sıra su oyunları və yarışları da təşkil olunacaqdır.
Artıq hər 2 şəhərdə bu festivallara hazırlıq məqsədilə yaradıcı gənclər üçün təlimlər keçirilmiş, onların səhnələri, əl işləri və s. hazırlanmış, tədbirin proqramı üzərində iş başa çatmışdır. Festivalların açıq havada keçirilməsi planlaşdırılmışdır.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirmişdir ki, region gəncləri bu festivallara çox ciddi hazırlaşıblar. Onlar festivallar vasitəsilə ölkəmizdə keçirilək bu nüfuzlu tədbirə hər cür dəstək olduqlarını bəyan etmək niyyətindədirlər. Tədbirimiz İlk Avropa Oyunları ərəfəsində həm yadda qalacaq, həm də geniş ictimaiyyəti məlumatlandıracaqdır.
Qeyd edək ki, layihə Avropa Oyunlarına dəstək verməklə yanaşı, regionlarda yaradıcı gənclərin üzə çıxarılmasında da xüsusi rol oynayacaqdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21388″ id=”21388″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]