[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed48.jpg” ]
“Karvan Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi “Xüsusi internat məktəblərdə olan uşaqlar arasında könüllülərin hazırlanması” layihəsini icra edir. Layihənin əsas məqsədi Bakı və Yevlax şəhərlərində yerləşən xüsusi internat məktəblərində təhsil alan uşaqlar arasında könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsidir. Dünyada böyük vüsət alan könüllülük hərəkatına ölkəmizin yeniyetmə və gəncləri də, qoşulurlar. Bu istiqamətdə həm dövlət, həm də, İctimai Birliklər tərəfindən töhfələr verilməsi davam edir. Lakin bütün bunlara baxmayaraq, həmin işlər zəif aparılır, pərakəndə həyata keçirilir. Xüsusi ilə sözügedən problemlə xüsusi internat məktəblərində qarşılaşmaq mümkün olur ki, bu da, həmin təhsil müəssisələrində könüllülük hərəkatı, məqsəd və vəzifələrin haqqında yeniyetmə qrupu arasında informasiyanın azlığı ilə əlaqədardır.
Elə bu məqsədlə Birlik layihənin icrasını bu gün Yevlax şəhərində həyata keçirib.
Yeniyetmə və gənclərin könüllülük hərəkatına cəlb edilməsi onların asudə vaxtının təşkilinə müsbət təsir etməklə yanaşı, cinayətkarlığın, pis vərdişlərin sayının azalmasına, yeniyetmə və gənclərin ictimai məsuliyyətinin və rolunu artırılmasına səbəb olur.
Layihə çərçivəsində Bakı və Yevlax şəhərində xüsusi internat məktəblərində 14-17 yaşlı 100 nəfər yeniyetmə layihəyə cəlb olunub. Onlara könüllülük hərəkatı barədə geniş məlumatlar verilib, həmin məktəblərin yuxarı sinif şagirdləri arasından könüllülər qrupları formalaşdırılıb. Formalaşmış qruplarda həftədə 1 dəfə olmaqla 4 həftə ərzində “Könüllülük nədir?”, “Dünya praktikasında könüllülük”, “Nə üçün insanlar könüllü olmaq istəyirlər?”, “Könüllülüyün cəmiyyətə töhfəsi”, “Könüllü necə olmaq olar?”, “Könüllülüyün gələcək karyerada uğuru” adlı təlimlər keçirilir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə icra olunur.