[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-331.jpg” ]
Quba şəhərinə “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində “Zəka oyunları” festivalı təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfidən icra edilən və Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsi tərəfndən dəstəkənən yarışda Quba şəhərində yaşayan və təhsil alan 7 komandanını tərkibində birləşən 42 nəfər gənc iştirak edib.
Nə? Harada? Nə zaman? intellektual oyununun qaydaları əsasənda təşkil olunan yarışda Quba şəhər 1 saylı tam orta məktəbinin şagirdlərinin birləşdiyi “Zirvə” komandası finala vəsiqə qazanıb. Texniki Təmayüllü Liseyin eyniadlı komandasının biliciləri ikinci, şəhər 2 saylı təbiət fənləri təmayüllü liseyin “Avrora” komandası üçüncü olub.
Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplomlarla təltif edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.
Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Ağbil kəndində baş tutacaq.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21260″ id=”21260″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]