[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-233.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirililən “Real Biznes Plan Çempionatı” layihəsinin icrasına start verilmişdir. 17 aprel tarixində layihə
çərçivəsində ilk təlim – Biznes Planların yazılması təlimi baş tutmuşdur. Təlim tələbələrin dərs saatlarını nəzərə alaraq 2 növbəli qaydada həyata keçirilmişdir. Ümumilikdə təlimdə 65 tələbə iştirak edərək Biznes Planların yazılması qaydaları, şirkətlərin təşkilati-hüquqi formaları, korporativ dəyərlər, şirkətlərin missiyası, İnsan resurslarının idarəolunması və s məsələlər barədə geniş məlumat almışlar. Həmçinin iştirakçılara lazımlı məlumatlar əks olunan paylama materialları və s. dəftərxana ləvazimatları da paylanmışdır. Eyni zamanda iştirakçıların təlim materialını yaxşı mənimsəmələri üçün Transmillli korporasiyaların biznes fəaliyyətiylə bağlı müəyyən sualları özündə əks etdirən praktik tapşırıqlar da verilmişdir. Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 8 təlim və sonda Real Biznes Plan Çempionatının keçirilməsi nəzərdə tutulur.”
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21242″ id=”21242″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]