[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed38.jpg” ]
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Öz bacarığını göstər” layihəsınə başlamışdır. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin bilik bacarıqlarının və xüsusi istedadlarının aşkara cıxarılması və bu bacarıqların inkişafına motivasiya verilməsidir.
Təşkilatın sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, “Öz bacarığını göstər” layihəsi 3 ay müddətində Bakl şəhəri Xəzər rayonnunda həyata keçirilir.
Layihədə benefisiar kimi rayonda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi, Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi, 11 nömrəli xüsusi internat məktəbi, 181 saylı orta məktəbin şağirdləri iştirak edirlər. Layihə çərçivəsində 80 nəfər uşaq və gənc öz bilik və bacarıqlarını təkmilləşdirirlər.
Təlimçilər “Həyat bacarıqları” barədə sadə, başadüşülən dildə ətrafı məlumat verirlər. Hər bir uşaq və gənc öz bacarıqları çərçivəsində qruplara bölünərək, rəssamlıq, dizayn, tikmə sənəti, rəqs və şahmat üzrə öz bacarıqlarını artırırlar. Təlimlərdə ünsiyyət bacarıqları, problemlərin həlli, komadada iş, özünü təqdimetmə bacarıqlarının aşılanması kimi mövzulara toxunulur.
Layihənin sonunda xüsusi qayğıya ehtiyacı olan gənclərin bacarıqlarından ibarət sərgi təşkil olunacaq. Layihənin sonunda real formada bu bacarıqlardan ibarət sərginin təşkili onlara əlavə motivasiya verəcəkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21229″ id=”21229″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]