[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-419.jpg” ]
“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Ətraf mühitin mühafizəsi foto materiallarda” adlı layihənin icrasını həyata keçirir.
Layihənin məqsədi foto materiallar vasitəsilə gənclərdə ətraf mühitin mühafizəsinə yaradıcı yanaşma bacarıqları formalaşdırmaqdır. Layihə çərçivəsində Şəki şəhərində Şəki-Zaqatala regionuna daxil olan 6 rayonu (Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən) təmsil edən 20 nəfər fəal gənc üçün Eko-foto mövzusunda 3 günlük təlim təşkil edilib. Təlim prosesində iştirak edən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov iştirakçıları salamlayıb və belə layihələrin gənclərimiz üçün faydalı olduğunu vurğulayıb. Gənclərin inkişafına yönələn layihələri dəstəkləyən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu haqqında ətraflı məlumat verilmiş və iştirakçı gənclərin bu fondun dəstəyindən faydalanmaları tövsiyyə olunmuşdur. İştirakçı gənclər üç gün ərzində foto kameraların növləri, kompazisiyanın qurulması, təbiət fotolarının çəkilməsi, fotohekayələrin və fotoreportajların hazırlanması, sosial mediada fotoların paylaşılması, məhşurlaşdırılması və s. haqda ətraflı məlumatlar əldə etmişlər. Mövzuların iştirakçı gənclərə daha effektiv çatdırılması məqsədilə təlimçi əsasən interaktiv təlim metodlarından istifadə etmişdir. Qrup işləri və təqdimatlar prosesin daha da asan qavranılmasına şərait yaratmışdır. Təlimin sonunda gənclərə növbəti mərhələdə elan ediləcək eko – foto müsabiqə haqqında məlumat verilmişdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir və 4 ay müddətində həyata keçiriləcəkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21194″ id=”21194″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]