[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed28.jpg” ]
“Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu”nun maliyyə dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İB-nin “Qardaş regionların vətənpərvər şagirdlərinin Dünya Azərbaycanlılarına Töhfəsi” layihəsi çərçivəsində Lerik, Zaqatala və Qusar rayonunun məktəbliləri ilə 5gün müddətində keçirilən təlimlər uğurla başa çatıb. Hər regiondan minimum 90 nəfər 9-10-11-ci sinif şagirdlərinə beş gün müddətində keçirilən “Vətənim Azərbaycan”, “Qarabağ həqiqətləri”, “Daxili keyfiyyətlər və İctimai davranış”, “Sağlam düşüncə və Faydalı vətəndaş”,” Ailə, xalq, dövlət rəmzləri və mülkiyyətinə sədaqət hissi” adlı təlimlər şagirdlərdə müsbət yanaşmanın formalaşmasına, onların ailə, cəmiyyət və dövlət üçün faydalı vətəndaş və vətənpərvər gənc kimi yetişməsinə təsir göstərib.
Müxtəlif milli azlıqların məskunlaşdığı regionlarda həyata keçirilən layihənin məqsədi həmin regionların yeniyetmə və gəncləri arasında qardaşlıq münasibətləri qurub ictimai vətənpərvər fəaliyyətə cəlb edərək Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətləri və s. kimi sahədə biliklərini əsaslı şəkildə möhkəmləndirib və xüsusən də onlarda əzmkarlıq, birlik, millətinə, dövlət mülkiyyətinə, rəmzlərinə və azərbaycançılıq ənənələrinə sədaqət hissini,daxili-mənəvi keyfiyyətlərini artırıb dünya azərbaycanlılarına töhfə verməsidir.
14.04.2015-ci il tarixindən layihənin növbəti, müsabiqə mərhələsinə start verilib. Şagirdlər layihə çərçivəsində yaradılan səhifədə Azərbaycanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, adət-ənənələri, dahi şəxsiyyətləri və digər faydalı məlumatları haqqında müxtəlif maarifləndirici paylaşımlar edərək 40 gün müddətində müsabiqəyə qatılıblar. Ən fəal və xüsusi ilə faydalı məlumatlar paylaşan şagird müsabiqənin qalibi elan olunacaq. Qalib gəlmiş şagirdin sakini olduğu regiona bir daha səfər edərək qalib həvəsləndirici diplom və kubokla təltif olunacaq. Səhifənin daha da səmərəli və faydalı məlumatlarla dolğun olması, həmçinin qalibi müəyyən etmək üçün xüsusi Müsabiqə komissiyası yaradılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21146″ id=”21146″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]