[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-121.jpg” ]
“Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşən “Arexeoloji irsimizi öyrən – vətənini tanı” adlı layihəni həyata keçirmişdir. Layihənin məqsədi yeniyetmə və gəncləri vətənimizin qədim tarixini və zəngin mədəni irsi ilə yaxından tanış etmək, gənclərin Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı biliklərinin və dünyagörüşlərinin hərtərəfli inkişafına dəstək olmaqdır.
Şəmkir və Qəbələ rayonlarında həyata keçirilən layihə çərçivəsində “Üfüq” Gənclərin İnkişafı Naminə İB -nin sədri, layihə rəhbəri Nail Şükürov layihə haqda məlumat verminş, arxeoloji irsimizin öyrənilməsinin olduqca əhəmiyyətli olduğunu bildirmişdir. Arxeoloq Natiq Alışov iştirakçılara ölkəmizdəki arxeoloji abidələr, arxeoloji irsimizin öyrənilməsinin, tariximizin öyrənilməsinin əhəmiyyəti, Qədim Alban məbədləri və s. haqqında geniş məlumat vermişdir. Layihə çərçivəsində keçirilən seminarlarda arxeloji abidələrimiz haqqında sosial şəbəkələrdə fəaliyyət, abidələrin qorunması kimi aktual mövzulara da toxunulmuşdur. Eyni zamanda arxeloji abidələrimiz barədə foto və video nümayişlər həyata keçirilmişdir. Layihənin işində Şəmkir və Qəbələ rayon Gənclər və İdman İdarələri də yaxından əməkdaşlıq etmişlər. “Arexeoloji irsimizi öyrən” adlı seminarlarda Azərbaycan – zəngin arxeoloji irsimiz, Qədim daş dövrünə aid Quruçay mədəniyyəti, Aşel mədəniyyəti, Mustye mədəniyyəti, Leylatəpə mədəniyyəti, Tunc dövrünə aid Kür-Araz mədəniyyəti, Muğan mədəniyyəti, Naxçıvan mədəniyyəti, dəmir dövrünə aid Xocalı – Gədəbəy mədəniyyəti, Şulaveri- Şomutəpə mədəniyyəti, Küp qablarda dəfn mədəniyyəti, Yaloylu təpə mədəniyyəti, Alban dövrü arxeoloji mədəniyyəti kimi mövzular əhatə olunmuşdur.
Layihə çərçivəsində bir qrup gəncin qeyd olunan Şəmkir və Qəbələ bölgələrindəki qədim arxeoloji qazıntılara ekskursiyaları təşkil olunmuşdur. Gənclər abidələrlə əyani şəkildə tanış olmuşlar.
Layihə çərçivəsində hər bir regionda istedadlı gənclərdən ibarət “Gənc arxeoloqlar klubu” yaradılmışdır. Bu klub gələcəkdə fəaliyyət göstərəcək və yerli Gənclər və İdman İdarələri ilə birlikdə çalışacaq. Layihə çərçivəsində gənclərə arxeloji irsimiz haqqında nəşr məhsulları paylanmış, sertifikatlar təqdim olunmuşdur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21119″ id=”21119″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]