[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/254585_218274781536689_5012621_n1.jpg” ]
“RESURS” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı 2015 – Avropa oyunlarına həsr olunmuş futbol turnirinin təşkili” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarına ictimai dəstək verməkdən, geniş təbliğat kampaniyası təşkil etməkdən, yeniyetmə və gənclərin idmana, oyunlarına olan marağını daha da artırmaqdan ibarətdir. Layihə çərçivəsində aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
– ilk Avropa oyunlarının yeniyetmələr və gənclər arasında təbliği;
– idmanın futbol növü üzrə kütləviliyin təmin edilməsi və gənclərin aktivliyinin artırılması;
– gənclərin asudə vaxtının səmərəli təşkili;
– gənclərin hərtərəfli inkişaf etdirilməsi və şəxsi qabilliyyətlərinin aşkar olunması istiqamətində əlverişli şəraitin yaradılması;
– gənclər arasında idman oyunların keçirilmə qaydaları haqqında məlumatlandırma işinin aparılması;
– gənclər arasında idman yarışlarının keçirilməsinin əhəmiyyəti barədə izahların verilməsi.
Layihə çərcivəsində Nizami rayonunda fəaliyyət göstərən məktəblərdə “Bakı 2015–Avropa oyunlarına həsr olunmuş futbol turniri”nin təşkil edilməsi nəzərdə tutulur. Turnir yarışlarında məktəblərdə təhsil alan yeniyetmə və gənclərin, gənclər təşkilatlarının nümayəndələrinin, dövlət orqanlarının məsul əməkdaşlarının, müəllim və valideynlərin, KİV-lərin iştirakı təmin ediləcəkdir.
Layihənin həyata keçirilməsi ilə bağlı ictimaiyyətə müntəzəm olaraq məlumat veriləcəkdir.