[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed24.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sabaha yaşıl addımlar ilə!” layihəsinin icrasına başlanılmışdır.
Layihə rəhbəri Raida Hüseynova bildirib ki, Layihənin əsas məqsədi gənclər arasında ekoloji maarifləndirməni gücləndirmək və sağlam həyat tərzinin təbliğidir.
O, həmçinin bildirib ki, “Sabaha Yaşıl addımlar ilə” Layihəsi insanın ətraf mühitə göstərdiyi təsiri minimallaşdırmağa hədəflənmiş təbii resurslarından səmərəli istifadəyə, insanların ekoloji istehlak haqqında maarifləndirilməsinə, ekoloji cəhətdən zərərsiz məhsul və xidmətlərin istifadəsi haqqında maarifləndirilməsinə hədəflənib.
Layihə çərçivəsində ekoloji maarifləndirmənin və sağlam həyat tərzinin təbliği daha da gücləndiriləcək, gənclər arasında danışıq şəbəkəsinin, komandada işləmək qabiliyyətinin inkişafına təkan veriləcəkdir.