[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-314.jpg” ]
9 aprel 2015-ci il tarixində Zərdab rayonunda Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan Olimpiadada, Olimpiada Azərbaycanda” adlı layihəsi baş tutdu.
Layihənin əsas məqsədi ilk dəfə keçiriləcək Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətini regionlarda təbliğ etmək, gənclərimizi beynəlxalq tədbirin ölkəmizə verəcəyi faydalar barəsində məlumatlandırmaq, Avropa Oyunları zamanı ölkəmizə gələn xarici qonaqlarla gənclərin ictimai davranış qaydalarına riayət etmələrinə yardımçı olmaq, Azərbaycanın olimpiya tarixi və cənab prezidentimiz İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi gündən bü günkü günədək ölkə idmanın keçdiyi uğurlu yolları gənclərə çatdırmaqdır.
Tədbiri giriş sözü ilə RGİTİB-in sədri Zamiq Mənafov açdı. Təlim iştirakçılarına mövzuya uyğun çap olunmuş bukletlər, üzərləri yazılmış köynəklər və papaqlar paylanıldı. Xüsusi hazırlanmış foto slayt vasitəsi ilə “Bakı 2015” Avropa Oyunları barədə ətraflı məlumatlar verən Nicat Rəhimov gəncləri maraqlandıran digər sualları cavablandırdı. Tədbirdə işirak edən Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev ölkəmizdə keçiriləcək “Bakı 2015” Avropa Oyunlarından və bu əlamətdar hadisənin əhəmiyyəti barədə gənclərin maarifləndirilməsinin vacibliyindən danışdı. Tədbirin davamı Göyçay, İsmayıllı, Qəbələ rayonlarında və Şəki şəhərində keçirilməsi planlaşdırılır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21070″ id=”21070″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]