[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-61.jpg” ]
“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Ətraf mühitin mühafizəsi foto materiallarda” adlı layihənin icrasını həyata keçirir.
Layihənin məqsədi foto materiallar vasitəsilə gənclərdə ətraf mühitin mühafizəsinə yaradıcı yanaşma bacarıqları formalaşdırmaqdır. Layihənin fəaliyyət planına uyğun olaraq Balakən, Qax və Şəki şəhərlərində layihənin təqdimatı keçirilmişdir. Təqdimat zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən gənclərin fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumatlar verilmiş, ekoloji vəziyyət və foto vasitəsilə mövcud vəziyyətin insanların diqqətinə çatdırmaq yolları, gənclərin ekoloji məsələlərə dair fikirləri öyrənilmiş və gələcək fəaliyyətlərə dair müzakirələr aparılmışdır. Tədbirlərdə icra hakimiyyətlərinin məsul numayəndələri, QHT nümayəndələri və aktiv gənclər iştirak etmişdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir və 4 ay müddətində həyata keçiriləcəkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21037″ id=”21037″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]