[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/Azerbaycan_bayra.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyi Mingəçevir və Yevlax şəhərlərində “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” lahiyəsinin icrasına start verib. Bu barədə Birlikdən verilən məlumata görə layihənin əsas mövzusu “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi”dir:
“Layihə Mingəçevir Yevlaxda gənclər və yeniyetmələri əhatə edəcək. Orta məktəblərdə və digər təlim- tədris müəsisələrində keçirilən mədəni-kütləvi tədbirlərdə bilavasitə iştirak edən yüzlərlə gənc, onların valideynləri, dolayısı ilə şəhər və qəsəbələrin bütün əhalisi faydalanacaq.
Keçirilən təlimlərin əsas mövzusu müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün ictimai tərbiyə işinin effektliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaqdır. Vətənpərvərlik tərbiyəsinin əsas məqsədi vətəndaşlıq borcunu yerinə yetirməyə can atan mənəvi, psixoloji və fiziki keyfiyyətlərə malik olan insan tərbiyə etməkdir.
Vətəndaşlıq hissi vətənpərvərliyin ən yüksək forması olub, fərdin dövlət qarşısında öz hüquq və vəzifələrini başa düşməsidir. Vətəndaşlıq hissi olan şəxs öz ətrafında vətənin taleyi ilə bağlı baş verən hadisələrin fəal iştirakçısına çevrilməlidir”.