[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/n_4.jpg” ]
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən “Gəncə 2016: Gələcəyə Baxış” Beynəlxalq Forumu Gəncə şəhərində öz işinə başlayıb. Tədbirdə Avropa Gənclər Forumunun nümayəndələri, bugünə qədər şəhərləri Avropa Gənclər Paytaxtı olmuş Belçika, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya, şəhəri (Varna) 2017-ci il üzrə Avropa Gənclər Paytaxtı seçilmiş Bolqarıstan və şəhəri 2018-ci il üzrə Avropa Gənclər Paytaxtına namizəd olan Gürcüstanın gənclər təşkilatları və yerli gənclər təşkilatlarının nümayəndələri, fəal gənclərdən ibarət 150 nəfər iştirak edib.
Forumu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev açaraq, Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsini Azərbaycan gənclərinin həyatında əlamətdar hadisə adlandırıb və bu uğuru dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. Bildirib ki, ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bu gün də uğurla davam etdirilir.
Sonra ARGTMŞ-in sədri Şahin Seyidzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov çıxış edərək diqqətə çatdırıblar ki, beynəlxalq forumun keçirilməsinin əsas məqsədi Avropa Gənclər Paytaxtı sahəsində xarici təcrübənin öyrənilməsi, Gəncə şəhərində Avropa Gənclər Paytaxtı ilə bağlı görülən və görülməsi planlaşdırılan işlərin təqdimatı, yerli gənclər təşkilatlarının xarici və beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının qurulması və inkişaf etdirilməsinə dəstək verilməsidir.
Rəsmi açılış başa çatdıqdan sonra Forum işçi qruplarla davam edib. Forumda iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, müxtəlif mövzularda sessiyalar keçirilib, görülmüş və görüləcək işlər müzakirə edilib. Həmçinin Avropa Gənclər paytaxtları olmuş ölkələrin nümayəndələrinin tövsiyə və təklifləri dinlənilib.
Aprelin 11-dək davam edəcək Forum çərçivəsində iştirakçılar Gəncə şəhərində inşaa olunmuş yeni infrastruktur vahidləri ilə tanış olacaqlar, eləcə də Azərbaycanın qədim tarixini əks etdirən abidələrə təşkil olunmuş ekskursiyada iştirak edəcəklər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21026″ id=”21026″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]