[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed13.jpg” ]
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan “Gəncə 2016: Gələcəyə Baxış” Beynəlxalq Forumu davam edir. Ötən gün plenar iclaslar və işçi qruplarla öz işinə başlayan Forumun iştirakçıları “Bakı 2015” 1-ci Avropa Oyunlarının təşkilat komitəsində olublar.
Tədbirdə Avropa Gənclər Forumunun nümayəndələri Belçika, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya, Bolqarıstan və Gürcüstanın gənclər təşkilatlarının nümayəndələri və fəalları iştirak edib. Tədbir zamanı iştirakçılara “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib, onlara oyunlar, onun təşkilinə dair ətraflı məlumat verilib, oyunların keçiriləcəyi idman meydançaları nümayiş olunub, ölkəmizdə gələcəkdə keçirilməsi nəzərdə tutulan idman yarışları haqqında məlumat verilib. “Bakı 2015” 1-ci Avropa Oyunlarında 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növü üzrə 253 yarışda mübarizə aparacağı, eləcədə “Bakı 2015” 1-ci Avropa Oyunları təşkilat komitəsində 43 ölkənin nümayəndəsi, 1000 azərbaycanlı gəncin çalışdığı, daha 1000 xarici, 18 000 azərbaycanlı gənc könüllü olaraq oyunların təşkilində iştirak edəcəyi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bundan sonra keçiriləcək bütün Avropa Oyunlarında məşəlin Azərbaycandan aparılacağı iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Tədbirdə çıxış edən ARGTMŞ-ın Baş Katibi Seymur Hüseynov qeyd edib ki: “Əgər “Gəncə 2016” – bütün Avropanı gənclər vasitəsi ilə birləşdirirsə, “Bakı 2015” Avropa Oyunları idman vasitəsi ilə birləşdirir.”
Tədbir fikir mübadiləsi və təşkilat komitəsi ilə tanışlıqla davam edib. Daha sonra iştirakçılar yaxınlıqda yerləşən satış mərkəzindən açılış mərasimində iştirak etmək üçün bilet əldə ediblər.
Məlumat üçün qeyd edək ki, “Gəncə 2016: Gələcəyə Baxış” Beynəlxalq Forumu 7-11 Aprel 2015-ci il tarixlərində Bakı və Gəncə şəhərlərində keçiriləcək. Forumda Avropa Gənclər Forumunun nümayəndələri, bugünə qədər şəhərləri Avropa Gənclər Paytaxtı olmuş Belçika, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya, şəhəri (Varna) 2017-ci il üzrə Avropa Gənclər Paytaxtı seçilmiş Bolqarıstan və şəhəri 2018-ci il üzrə Avropa Gənclər Paytaxtına namizəd olan Gürcüstanın gənclər təşkilatlarının nümayəndələri və fəal gəncləri iştirak edir. Forumun məqsədi Avropa Gənclər Paytaxtı sahəsində xarici təcrübənin öyrənilməsi, Gəncə şəhərində Avropa Gənclər Paytaxtı ilə bağlı görülən və görülməsi planlaşdırılan işlərinin təqdimatı, yerli gənclər təşkilatlarının xarici və beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının qurulması və inkişaf etdirilməsinə dəstək verilməsidir. Forum zamanı iştirakçılar arasında təcrübə mübadiləsi aparılacaq, layihə çərçivəsində müxtəlif mövzülarda sesiyalar keçiriləcək, görülmüş və görüləcək işlər müzakirə olunacaq. Həmçinin tədbirdə Avropa Gənclər Paytaxtların nümayəndələrinin tövsiyyə və təklifləri dinləniləcək.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20993″ id=”20993″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]