[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-36.jpg” ]
“Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı 2015 – ilk Avropa Oyunlarının könüllüləri” layihəsi çərçivəsində 2 və 5 aprel 2015-ci il tarixlərində növbəti təlimlər keçirilib.
Layihə könüllü olmaq üçün vacib olan əsas iki istiqamət üzrə fəaliyyət göstərir. Birinci istiqamət könüllü olmaq istəyən hər bir gənc üçün vacib olan dil bilyinin inkişafı, ikinci istiqamət isə təşkilati komanda üçün vacib olan komandada iş prinsiplərinin öyrədilməsi.
İngilis dilində keçirilən təlimlərin əsas mövzusu “İngilis dilində etik danışıq qaydaları” olub.
Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində gənclərə işgüzar ingilis dili ilə yanaşı yerli və beynəlxalq layihələrin təşkili, könüllülərin hüquq və vəzifələri mövzularını da əhatə edən təlimlər keçiriləcəkdir.
Layihənin əsas məqsədi Azərbaycanda gələcəkdə baş tutacaq beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün könüllülərin yetişdirilməsindən ibarətdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20986″ id=”20986″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]