[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/boxing.jpg” ]
Bu barədə layihənin rəhbəri Əfqan Nəcəfov məlumat verib. Onun sözlərinə görə “Doğma yurdum – Qarabağ” – gənclərin boks yarışı” layihəsi ölkəmizin başına gətirilən bəlaları, nəyin bahasına olursa olsun işğal olunmuş doğma vətən torpaqlarımızı gec- tez düşmən tapdağından azad etməli olduğumuzu, ermənilərin vəhşiliyini bütün çılpaqlığıyla ortaya qoyulmasına, insanın dədə- baba yurduna, xalqına, onun dilinə, yaxşı adət və ənənələrinə məhəbbət və hörmət hissinin boksçu idmançı gənclərimiz vasitəsilə bütövlükdə cəmiyyət arasında təbliğinə xidmət edir: “Layihənin əsas məqsədi Azərbaycançılıq məfkürəsini, işğal altında olan torpaqlarımızı unutmamağı gənclər arasında təbliğ etmək, bu prinsiplərə sadiq olan və onu dərindən dərk edən istedadlı, öndə olan boksu idmançı gənclərimiz arasında keçiriləcək yarışla onların potensialını üzə çıxarmaqdan ibarətdir. Layihə birbaşa Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının “6.2. Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi” bəndinə əsaslanır. Layihə Azərbaycançılıq məfkurəsinin vacibliyini, onun müstəqil dövlətimizin inkişafında rolunu bir daha gənclərimizə aşılayacaq. Elə bu məqsədlə də təbliğat xarakteri daşıyan rolap, bukletlər, köynək- papaq dəsti hazırlanacaq, dövlət atributlarımızdan olan kiçikölçülü bayraqlar alınacaq və gənclərimizə paylanacaqdır. Layihə əsasən Bakı şəhərində yerləşən boksla məşğul olan idmançı və eyni zamanda boks idman növünə azarkeşlik edən gənclərimizi əhatə edəcəkdir. Layihədə boksçu gənclərimiz arasında “Doğma yurdum – QARABAĞ” şüarı altında vətənpərvərlik hissini təbliğ edən idman yarışı keçirilməsi nəzərdə tutulub. Yarışda fəal iştirak edərək müəyyən nəticələr əldə edən gənclərimiz mükafatlandırılacaqlar” .