[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed7.jpg” ]
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İrəvan – bizim qala. 1- ci mərhələ” adlı layihənin icrasına start vermişdir. Layihə Azərbaycanın Sabirabad, Biləsuvar, Aqstafa bögələrində həyata keçirilir. Layihənin aktuallığı ondan ibarətdir ki, Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında bilikləri zəifdir və tələblərə cavab vermir. Bəzən müxtəlif beynəlxalq tədbirlərdə iştirak zaman məlumatsılıq özünü pis tərəfdən göstərir. Bu haqda layihənin Sabirabad rayonunda və Biləsuvar rayonunda açılışı zamanı layihə rəhbəri Nurəddin Mehdiyev məlumat vermişdir.
Layihənin məqsədi yeniyetmə və gənclərin Azərbaycan tarixi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan – İrəvan haqqında məlumatlılığının artırılması, yalan erməni təbliğatına qarşı gənc nəsil tərəfindən töhvə verilməsi, tarixi həqiqətlərin İnternet məkanında tanıdılmasına xidmət etmək, gənc nəslin vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsidir. Layihə çərçivəsində iştirakçı gənclərə İrəvan tarixinə dair vizual görüntülü dərslər, Qərbi Azərbaycan tarixi haqqında maarifləndirici seminarlar, erməni yalanlarına qarşı sosial şəbəkələrdə fəaliyyət haqqında seminarlar keçirilmiş, İrəvan tarixi ilə bağlı foto və video materiallar nümayiş olunmuşdur. İrəvan və Qarabağ haqqında tanınmış resusrlar gənclərə tanıdılmışdır. Dərslər aşağıdakı mövzuları əhatə etmişdir:
- İrəvan – qədim Azərbaycan torpağı
- İrəvan – tarixi faktlar
- İrəvanın tarixi memarlıq abidələri
- İrəvan əhalisi
- Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
Aparılan interaktiv müzakirələrdə gənclər aktiv iştirak etmişlər. Hər bir regionda 2 gün ərzində davam edən layihə fəaliyyətinə adı çəkilən bütün regionlar üzrə birbaşa və dolayı yol ilə 6000 gəncin cəlb olunması nəzərdə tutulmuşdur.
Layihə iştirakçıları bukletlər, yazılı köynəklər və digər paylama materialları təmin olunmuşdur. İrəvan tarixi ilə bağlı nəşr – poliqrafiya məhsulları paylanmışdır. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20937″ id=”20937″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]