[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed4.jpg” ]
Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvər gəncliyin formalaşması” layihəsi çərçivəsində növbəti təlimini Laçın rayonu Taxta körpü qəsəbəsində həyata keçirmişdir.
Təlimdə Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşı Yasin Həsənov, Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev, 37 nömrəli məktəbin müəllimi Bilal Musayev, Taxtakörpü qəsəbə tam orta məktəbin müəllimləri Sahil Həsənov və Elçin Verdiyev iştirak ediblər.
30-a yaxın gəncin iştirakı ilə keçirilən təlimi Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev açaraq layihənin mahiyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi və qeyd etdi ki, məcburi köçkün gənclər arasında bü cür təlimlərin keçirilməsi onlarda ruh yüksəkliyi yaratmaqla, onların xalqını, vətənini sevən gənc kimi formalaşmasında mühüm rol oynayacaqdır.
İcra Hakimiyyətinin nümayəndəsi Yasin Həsənov da çıxış edərək regionlarda belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində müsbət təsirə malik olduğunu bildirib.
Daha sonra təlimçi Tofiq Əzizov təlimdə gənclərə vətənpərvərlik anlayışı, müasir dövrdə qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunub saxlanılması, Azərbaycanın dövlətçilik tarixi, millətimizin formalaşması prosesi, beynəlxalq münasibətlər sistemində ölkəmizin yeri və.s haqqında məlumatlar verilib. İştirakçılarla diskussiya şəraitində keçirilən təlimdə gənclər maraqlı təşəbbüslərlə çıxış ediblər. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş kitab, üzərində Gənclər Fondunun və “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyinin loqoları əks olunmuş köynəklər və sertifikatlar paylanılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20917″ id=”20917″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]