[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-42.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunın dəstəyi ilə Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin birgə layihəsi olan “Vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolu: sosioloji sorğu və elmi-analitik təhlil” adlı layihənın icrası uğurla davam edir. Layihənın icrasının növbəti mərhələsinin təşkili ilə əlaqədar aprel ayının 2-də keçirilən tədbirdə qeyd edilmişdir ki, müasir dünyanın yeni çağırışları Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmaqdadır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədlərinin olması yüksək qiymətləndirilmişdir. Bütün bunlarla yanaşı qeyd edilmişdir ki, vətəndaş cəmiyyətinin inkişafında həyata keçirilən islahatların effektiv idarəedilməsi, innovativ metodların tətbiqi sosioloji sorğular vasitəsi ilə müəyyən edilir və onun nəticəsində analitik təhlil aparılır. Bu metod müasir idarətmənin prinsiplərindəndir və dövrün tələbi olaraq qalır. Məhz bunun üçün də gənclərin əsas inkişaf məsələlərinə dair qlobal və yerli baxışın formalaşdırılmasına dair tövsiyələr vermək, o cümlədən prioritetlər, ortaya çıxa biləcək çətinlikləri müəyyənləşdirmək, uğurları və gözləntiləri müəyyən etmək, gənclərin bu barədə rəy və düşüncələrini öyrənmək və bunun əsasında səmərəliliyi yüksək səviyyəyə qaldırmaq layihənin məqsədlərindəndir. Tədbirdə çıxış edən Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzinin sədri Yusif Ağayev, Dövlət İdarəçilik Akademiyası “Sorğu sosial araşdırmlar institutu”nun müdiri dos. Rüfət Quliyev, “Siyasi araşdırmalar institutu”nun müdiri prof. Elman Nəsirov, Ruslan Ağammətov və digərləri icra olunan layihənin əhəmiyyətini vətəndaş cəmiyyətinin inkişafında mühüm töhfə olacağını diqqətə çatdırmış, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan səmərəli islahatlar və həyata keçirilən tədbirlər nəticəsində ölkənin əldə etdiyi yüksək inkişaf tempi, beynəlxalq arenada əldə edilən nailiyyətlər, yüksək bilik və bacarığa malik olan yeni nəslin formalaşmasının, dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırmış, son dövrdə ölkə prezidentinin “Qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində həyata keçirdiyi fəaliyyətin ölkənin inkişafına yönəldiyi vurğulanmış, layihədə gənclərin iştirakının vacibliyini, Gənclər Fondunun belə təşəbbüslərə verdiyi dəstəyin cəmiyyətin gələcəyi üçün faydasını xüsusi ilə qeyd etdilər. Daha sonra gənclər ekspertlər tərəfindən hazırlanmış kağız və elektron sorğu anketləri ilə tanış olmuş və öz fikirlərini qeyd etdilər.
Daha sonra ekspertlər sorğunun ilkin nəticələrini və hazırlanan təhlilin slaydlar vasitəsi ilə təqdimatını etdilər. Qeyd edildi ki, Azərbaycan Gənclərinin intellektual və bilik səviyyəsi olduqca yüksəkdir. Onların tam əksəriyyəti dünyanın bütün intellektual bilik resurslarından istifadə etmək bacarığına malikdirlər. Sorğunun ilkin nəticəsinə görə sorğuda iştirak edən gənclərin 91%-indən artıq hissəsi internet və əksər kompyuter proqramlarının istifadəçisidir, onların 74,1%-i ingilis dilindən sərbəst istifadə edirlər. Sorğunun ilkin nəticələri göstərdiki, gənclərin tam əksəriyyəti ali məktəbə geniş, məzmunlu biliklərə yiyələnmək, intellektual səviyyələrini artırmaq, vətəndaş cəmiyyətinin inkişafında iştirak etmək və s. məqsədləri hədəfləyirlər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20910″ id=”20910″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]