[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-3.jpg” ]
“Sağlam Yaşa” Gənclərin Maarifləndirliməsi İcitmai Birliyi 31 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Beyləqan rayonunda, Təbiət və Humanitar fənlər təmayüllü litseydə “Baki 2015” ilk Avropa Oyunları ilə bağlı müxtəlif əhali qrupları arasında məlumatların artırılması mövzüsünda tədbir keçirib. Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Qəribova Həbibə açaraq 31 mart gününü, Azərbaycana qarşı törədilmiş soyqırım gününü “Ümümilli lider” Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il tarixli fərmanını xatırlatdı və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsini 1 dəqiqəlik sükütla yad edilməsini təklif etdi. Sonra Birliyin sədri ilk Avropa Oyunları haqqında, onun kecirələcəyi məkanlar, idman növləri, iştirakcıların sayı, iştirakcı ölkələr haqqında geniş məlumat verdi. Rayon Gənclər və İdman idarəsinin rəis müavini Bakir Həsənov çıxışında, gəncləri yarışlar ərəfisində fəal olmağa, oyunları mütamədi izləməyi tövsiyyə etdi. Tədbirdə rayonda fəaliyət göstərən “İnnovativ Gənclər “İcitmai birliyinin sədr müavini Mürsəl Behbudlu cıxış edərək, gənclərə bu mövzüda öz dəyərli məsləhətlərini verdi. Tədbirin sonunda iştirakcılara mövzünu əhatə edən bukletlər, papaq və köynəklər paylanılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20888″ id=”20888″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]