[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/03/unnamed-111.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin vətənpərvəriik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində “Novruz bayramı birlik və qardaşlıq bayramıdır” mövzusunda elmi – nəzəri, praktik konfrans keçirib. Layihə üzrə təşkilat komitəsinin üzvü M. Qasımov layihənin məqsəd və vəzifələrindən və layihə çərçivəsində keçirilən uğurlu tədbirlərdən söhbət açıb.
GVB-n sədri, fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O, bildirib ki, əsrlərdən, qərinələrdən keçərək bu günümüzə qədər gələn Novruz bayramı ölkəmizdə geniş qeyd olunur. M. Əliyev Novruz bayramının bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiyada və Azərbaycanda qeyd olunduğunu söyləyib. Bildirib ki, qədim dövrlərdən bu yana xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirib. M. Əliyev Azərbaycanın odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malik olduğunu, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı qeyd olunduğunu söyləyib. M. Əliyev xüsusi olaraq qeyd edib ki, layihə çərçivəsində 2015-ci ildə Bakı şəhərində keçiriləcək Avropa Olimpiya Oyunları ilə əlaqədar olaraq idman tədbirlərinin keçirilməsinə üstünlük veriləcək .
AMEA –n Azərbaycan tarix muzeyinin elmi işçisi, Birliyin dayaq mərkəzinin sədri P. Əzimova çıxış edərək bildirib ki, Azərbaycan gəncliyi vətənpərvərlik əqidəsinə və humanizm hissinə malikdir. Gənclər arasında, dövlət və dövlətçiliyi, dövlət rəmzlərini milli – mənəvi dəyərləri, adət və ənənələri daim təbliğinə ehtiyac olduğunu bildirib.
Həkim psixoloq Ə. Abbasquliyev bu yönlü layihələrin həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna öz təşəkkürünü bildirib. O, əlavə edib ki, vətənpərvərlik tərbiyəsinə psixoloji hazırlıq özündə həm fiziki, həm də mənəvi inkişafı birləşdirir. Tədbirdə digər çıxış edənlər Novruz bayramı ilə bağlı fikirlərini bildirməklə yanaşı layihənin vacibliyindən, gənclər arasında vətənprvərlik, psixoloji və ideoloji işlərin gücləndirilməsinin əhəmiyyətindən söz açıblar. Konfrans başa çatdıqdan sonra diskussiyalar idman bölmələrində davam etdirilib və “Vətən uğrunda mübarizəyə hazır ol” devizi altında Milli Olimpiya Kompleksində MKF ilə birgə karate üzrə texniki seminar və karate üzrə yarışa start verilib.
Tədbirin sonunda texniki göstəricilərə görə bir qrup fərqlənən idmançılara fəxri diplom rəngli buklet, təsvirli köynək və Ulu Öndər Heydər Əliyevin əksi olunmuş döş nişanı paylandı və nahar sürvəsi ilə tədbir başa çatdı.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20818″ id=”20818″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]