[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/03/unnamed-210.jpg” ]
Martın 7-8-də “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Zərdab rayonunda “Vətənimizi sevək-tariximizi öyrənək!” adlı layihə çərçivəsində təlim keçirdib.
Təlimdə gənclərə tariximizin ən parlaq səhifələrindən olan dövlətçilik salnamələri, xüsusi ilə müsəlman şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti tarixi çatdırıldı.
Çıxış edənlər bildirdilər ki, bu səhifənin tarixdə özünəməxsus yeri, Azərbaycan tarixində mənası, mahiyyəti və əhəmiyyəti vardır. Tariximizin bu parlaq səhifəsinin mahiyyət və əhəmiyyətini gənc nəsillərə çatdırmaq, onlar arasında təbliğ etmək cox vacibdir. Bu məsələlərin təlim keçəcək müəllimlər vasitəsilə məktəbli gənclərə çatdırımasının vacibliyi qeyd olundu.
Təlimdə Müasir Müstəqil Azərbaycan Dövlətinin banisi Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti tarixi və bu tarixidən kecən dövr ərzində müasir dövlətçilik tariximiz barədə fikirləri barədə də gənclərə məlumat verildi.
Xatırladaq ki, layihənin məqsədi gənclərə Azərbaycanın milli dövlət atributlarını uca tutmağı, vətəni sevməyi aşılamaq və xalqımızın dövlətçilik salnaməsini öyrətməkdən ibarətdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20806″ id=”20806″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]