[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/03/unnamed-15.jpg” ]
“Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı 2015 – ilk Avropa Oyunlarının könüllüləri” layihəsi çərçivəsində 14 və 15 mart 2015-ci il tarixlərində təlimlər keçirilib.
İngilis dilində keçirilən təlimlərin əsas mövzuları “İngilis dilində etik danışıq qaydaları” və “Rəsmi email yazma vərdişləri” olub.
Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində gənclərə işgüzar ingilis dili ilə yanaşı yerli və beynəlxalq layihələrin təşkili, könüllülərin hüquq və vəzifələri mövzularını da əhatə edən təlimlər keçiriləcəkdir.
Layihənin əsas məqsədi Azərbaycanda gələcəkdə baş tutacaq beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün könüllülərin yetişdirilməsindən ibarətdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20763″ id=”20763″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]