[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/03/unnamed.png” ]
Biləsuvar rayonunda “Müasir Gənclərin İnkişafına Dəstək” Ictimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 2015-ci ilin fevral ayından “Qızıl Pambıq” adlı “Biləsuvar Qısametrajlı Film Festivalı” layihəsinin icrasına başlanılıb.
Layihənin əsas məqsədi Biləsuvar rayonunda yaşayan yeniyetmələr və gənclər arasında kinoteatr mədəniyyətinin təbliğinə stimul vermək, onların bu sahəyə diqqət və marağını artırmaq, kino sahəsində gənc rejissorların filmlərinin baxışını və müzakirəsini keçirməklə, tamaşaçı ilə istedadlı rejisorlar araında təmas qurmaq, eyni zamanda rayonda keçirilən mədəni-kütləvi tədbirlərin dinamikasına təkan verməkdən ibarətdir.Bütün bunlarla yanaşı layihə rayon gənclərinin kütləvi seyr vərdişlərini formalaşdırmaq,onların asudə vaxtını effektiv keçirmək və dövlət sifarişi ilə çəkilən filmlərin təbliğatı baxımından mühim əhəmiyyət kəsb edəcəkdir.
Qeyd etmək lazımdır ki, ilkin olaraq nümayiş olunacaq filmlərin seçimi aparılacaqdır. Layihəyə cəlb olunan gənc Azərbaycan rejisorları tərəfindən həyata keçiriləcək seçimdə əsas üstünlük rejisor işi və milli-mənəvi dəyərlərə, gənclərin intellektual maariflənməsinə veriləcəkdir. Sonrakı mərhələdə isə təbliğat və təşviqat işlərinin aparılması, görüşlərin, təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Festivalın keçirilməsinə dəstək verilməsi məqsədilə Biləsuvar rayon Gənclər və İdman idarəsi, Təhsil Şöbəsi, Mədəniyyət və Turizm idarəsi ilə sıx əməkdaşlığın qurulması planlaşdırılıb.
4 gün müddətinə keçiriləcək festival çərçivəsində 15 yaxın qısa metrajlı filmin nümayişinəzərdə tutulub. Festival ilk gününə açılış mərasimi və bir filmin nümayişi ilə başlayacaqdır. Növbəti 3 gün gün ərzində filmlərin davamlı nümayişi, yekun qiymətləndirmə və mükafatlandırma mərasimi olacaqdır. Həftəninistirahət günlərində keçirilməsi planlaşdırılan festivalda gənc rejisorlar, məktəbli gənclər, yeniyetmələr, valideynlərlə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri də dəvət olunacaqlar. Layihədən ümumilikdə birbaşa və dolayısı ilə 3000-dən yuxarı insanın faydalanacağı gözlənilir.