[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/03/unnamed-11.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi (GVB) 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Azərbaycan qadınlarının cəmiyyətdə rolu” mövzusunda tədbir keçirib. Layihə üzrə təşkilat komitəsinin üzvü N. Quliyev layihənin məqsəd və vəzifələri barədə və bu layihədə könüllü iştirak edən xanımların fəaliyyətini yüksək qiymətləndirdirilməsi haqqında məlumat verib. Tədbirdə çıxış edən GVB-n sədri Muğan Əliyev Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O qeyd edib ki, 8 mart iqtisadi siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi K.Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün 8 Martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkə qadınları öz həmrəylik gününü məhs bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı. O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin sülh uğrunda mübarizədə uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü kimi qeyd olunur. AMEA tarix muzeyinin elmi işçisi P.Əzimova, X.Əliyeva,KİV üzrə əlaqələndirici A.Talıbova, Məktəblərlə iş şöbəsinin müdiri N.Aliyeva, birliyin fəxri üzvləri S.Əliyev, Z.Kazımov ve digerləri cıxış edibler. Tedbirde GVB İdarə Heyəti ve qeyri-hökumet teşkilatlarının nümayendeleri, iştirak ediblər. Qeyd edək ki, “Azərbaycan qadınlarının cəmiyyətdə rolu” adlı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi layihə çərçivəsində həyata keçirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20722″ id=”20722″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]