[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/03/unnamed1.jpg” ]
Müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bunun üçün gənclər arasında təbliğat işləri aparmaq, müxtəlif formalarda təşkil olunan tədbirlərə gənclərin milli ruhda böyümələrinə təsir etmək zərurəti ortaya çıxıb. Qeyd edək ki, gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsi istiqamətində onların hərbi-vətənpərvərlik sahəsində tərbiyəsi də böyük əhəmiyyət kəsb edir. Qarabağın işğal altında olması ölkənin bütün əhalisinə bu və ya digər dərəcədə toxunan, hər bir azərbaycanlını narahat edən bir problem olmaqla yanaşı, onun azad edilməsi də vətəndaşların vahid məqsəd uğrunda milli birliyinə nail olunmasında vacib faktor kimi çıxış edir.
Bu baxımdan qeyd olunan istiqamətdə keçirələn layihələrdə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərinin aparılması, gənclərdə ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır.
Gənclərin hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi daha bir layihəsinə start verdi. Birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc zabit – gənclərin ali hərbi məktəblərə cəlb olunması” adlı layihəsi çərçivəsində keçiriləcək hərb-vətənpərvliklə bağlı görüşlərdə gənclərə ilkin hərbi biliklər veriləcək, ordunun dövlət və millət üçün əhəmiyyəti aşılanacaqdır. Görüş iştirakçıları Azərbaycan Respublikasının hərbi qanunvericiliyi, müxtəlif hərbi texnika, silah-sursat haqqında məlumatlandırılacaqlar. Gənclərin Ali Hərbi Məktəblərə istiqamətləndirilməsi üçün bu məktəblərə qəbul qaydaları, hərbi məktəblərdə təhsil almağın üstünlükləri təbliğ ediləcəkdir. Layihə çərçivəsində Bakı şəhərində müxtəlif orta məktəblərdə görüşlər keçiriləcək. Görüşlər zamanı aktiv olan məktəblilər seçilərək düşərgədə iştirakları təmin ediləcək.