[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/unnamed23.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsinin qalibi “Dan” Beynəlmiləlçi Gənclər İB Bakı 2015 İlk Avropa Oyunları ilə bağlı təbliğat kampaniyasına verilən ictimai dəstək çərçivəsində “Könüllü fəaliyyəti vasitəsilə gənclərdə vətənpərvərlik və humanizm prinsiplərinin tərbiyələndirilməsi” adlı layihəsinə start vermişdir.
Layihənin məqsədi – gənclərdə vətənpərvərlik və humanizm prinsiplərinin tərbiyələndirilməsi üçün könüllü fəaliyyətinin təbliğatı və təşviqatıdır.
Layihə çərçivəsində BEGOC-un nə olduğu və orada könüllü olmaq üçün lazım olan tələblər və qeydiyyat qaydalarından bəhs edən video çarxın çəkilişi, Bakı 2015 İlk Avropa Oyunları zamanı şəhərimizə gələn qonaqlara və atletlərə yardımçı olan könüllülərə xəritə, yol hərəkəti qaydaları və marşrutlar, tamaşaçı və azarkeşlər arasından əlilliyi olan şəxslərlə davranış qaydaları və etik normalar haqqında bəhs edən məqalələri açılmış www.konullu2015.az saytında yerləşdirmək planlaşdırılır.
Layihədən könüllülük fəaliyyəti ilə məşğul olmaq və Bakı 2015 İlk Avropa Oyunlarına könüllü kimi qatılmaq istəyən 18-35 yaş arası olan 13000 gənc faydalanacaq.
Gənclərin hərtərəfli inkişafı üçün şərait yaradılacaq və onların məlumatlılığı artacaq. Gənclər öz könüllü fəaliyyəti haqqında təcrübələrini bölüşmək və uğurlu hekayələrini www.konullu2015.az saytında, Facebook və Youtube səhifələrində yerləşdirmək imkanını əldə edəcəklər.