[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/unnamed-111.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində Nizami rayon 10 saylı tam orta məktəbində “Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirib. Tədbiri giriş sözü ilə acan 10 saylı tam orta məktəbin direktoru L. Məmmədova Xocalı şəhidlərinin və bütün şəhidlərimizin ruhları birdəqiqəlik sükutla yad etdikdən sonra, qeyd edərək bildirdi ki, Şəhid sözü “gördüyünü və bildiyini söyləyən”, “hər hansı bir hadisənin şahidi olan” mənalarına gəlir. “Şəhid” “şahid” sözünün mübaliğə formasıdır deyən L. Məmmədova bildirdi ki, yeniyetmə və gənclər arasında vətənpərvərlik hislərinin gücləndirilməsi və Azərbaycanlılara qarşı törədilən soyqırım haqqında marifləndirmə işlərinin aparılması vacibdir.
Layihə üzrə təşkilat komitəsinin üzvü N. Qacayev bildirdi ki, layihənin əsas məqsədi gənclərin milli hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi, narkomaniyadan və pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində və eyni zamnanda idman cəmiyyətlərində bu çərçivədə marifləndirmənin və idman tədbirlərinin kemirilməsidir.
Tədbir Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğu vurğulanıb. Bildirilib ki, bu faciənin öz qiymətini beynəlxalq aləmdə alması üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək onları bu vəhşiliyə, özbaşınalığa, misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmaq vacibdir.
Layihə rəhbəri, GVB-nin sədri M.Əliyev, AMEA–n elmi işcisi GVB-n səlahiyyətli nümayəndəsi S.Zülfüqarova vurğulayıb ki, bəşər tarixində görünməyən XX əsrin ən dəhşətli Xocalı faciəsi unudulmamalı, yaddaşlarda yaşamalı, gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz kimdir və hansı vəhşiliklər törədiblər. Tədbir sinif bölmələrində diskusiya şəkilində davam etdirilib, tədbir iştirakcılarına buklet və braşuralar paylanıb. Sonda bir qurub birliyin üzvləri Xocalı abidəsinə gələrək gül dəstələrilə faciyədə həlak olanları yad ediblər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20658″ id=”20658″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]