[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/unnamed19.jpg” ]
İntellektual oyunlar üzrə III Ağıl Oyunları festivalı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi təşkil olunacaq. Xəzər İntellektual Gənclər Klubu tərəfindən həyata keçiriləcək layihədə ölkənin 16 regionundan 1000-lə gəncin iştirakı gözlənilir.
Festivalın keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır. Festivalda 29 yaşına qədər olan gənclər iştirak edə bilərlər.
Layihənin seçim turları 14 martda Bakıda, 28 martda isə ölkəmizin müxtəlif regionlarında keçiriləcək. Seçim turlarında ən yaxşı nəticə göstərmiş 60 komanda İntellektual oyunlar üzrə III Ağıl Oyunları festivalının Bakıda təşkil olunacaq finalına vəsiqə qazanacaq. Final Bakıda 04-05 apreldə, Kempinski Hotel Badamdarda təşkil olunacaq.