[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/unnamed14.jpg” ]
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Zərdab və Ucar rayonlarında ” Vətənimizi sevək-tariximizi öyrənək!” adlı layihəyə statr vermişdir. Icra planına müvafiq olaraq hazırlıq mərhələsinə başlanılmışdır.
Layihənin məqsədi gənclərə Azərbaycanın milli dövlət atributlarını uca tutmağı, vətəni sevməyi aşılamaq vəxalqımızın dövlətçilik salnaməsini öyrətməkdən ibarətdir.
Layihə zamanı gənclərə tariximizin ən parlaq səhifələrindən olan dövlətçilik səlnamələri və xüsusi ilə müsəlman şərqində ilk parlament respublikası olan – Azərbaycan Xalq Cümhuriyyəti tarixi çatdırılacaqdır. Bu səhifənin tarixdə özünəməxsus yeri, Azərbaycan tarixində mənası, mahiyyəti və əhəmiyyəti vardır. Tariximizin bu parlaq səhifəsinin mahiyyət və əhəmiyyəti gənc nəsillərə çatdırmaq, onlar arasında təbliğ etmək cox əhəmiyyətlidir. Bundan əlavə layihədə gənclər arasında Azərbaycan Dövlət atributları da təbliğ olunacaqdır. Layihədə Müasir Müstəqil Azərbaycan Dövlətinin banisi Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti tarixi və bu tarixidən kecən dövr ərzində müasir dövlətçilik tariximiz barədə fikirləri də gənclərə catdırılacaqdır. Bu məqsədlə layihə zamanı təlimlər, təqdimatlar və maarifləndirici seminarlar keçiriləcəkdir.