[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/unnamed7.jpg” ]
“Gənclər üçün həyati bilik və bacarıqların tədrisi” layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən ötən ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi gənclər arasında qeyri-ənənəvi metodlarla “həyati bilik və bacarıqları” proqramının tədris edilməsi yolu ilə onların inkişafına nail olmaqdı. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində Bakı və Xırdalanın müəyyən edilmiş 5 məktəbində Aktiv Gənclər Qruplarının yaradılaraq, “həyat bilik və bacarıqları” barədə geniş məlumatların əsas Aktiv Gənclər Qrupları arasında yayılması, gənclər arasında “həyat bilik və bacarıqları” sahəsində məlumatların qeyri-ənənəvi tədris vasitəsi ilə tətbiqi kimi fəaliyyətlər həyata keçirildi.
Layihənin icrası zamanı “Münaqişəli vəziyyətlərin həlli”, “Xüsusi vəziyyətlərdə düzgün qərar qəbul etmək”, “Ətraf mühitlə əlaqələrin qurulması” və “Liderlik bacarıqlarının aşılanması” mövzularında təlimlər keçirildi, dinləyicilər arasında göstərilən mövzular üzrə interaktiv metodlar vasitəsi ilə məlumatlar çatdırıldı, təlim vəsaitlər paylandı.
Treninqlər başa çatdıqdan sonra gənclər əldə etdikləri bilikləri tətbiq etmək məqsədi ilə konkret fəaliyyətə başladılar. Onlar təhsil aldıqları təhsil ocaqlarında öz yaşıdları və daha ağaşı yaşlı şəxslər arasında “gəncdən gəncə” metodu ilə “həyati bilik və bacarıqları” barədə məlumat verdilər.
Həmçinin layihənin icrası zamanı təlimlərdə iştirak etmiş dinləyicilərin yerlədəki müfaviq təşkilatlara səfərlər oldu. Həmin səfərlərin məqsədi təlimlərdə əldə etdiklər biliklərin təşkilat və müəssisələrdə tətbiqi sahəsində praktiki fəaliyyəti öyrənmək, müvafiq tədbirlər haqqında məlumatın icrasının müşahidəsi, bu sahədə digər lazımi informasiyanı əldə etmək idi.
Bu ay ərzində gənclərin birgə görüşü planlaşdırılır. Həmin tədbirdə onlar yuxarıda qeyd edilən mövzular ətrafında layihə başa çatandan sonra fəaliyyətlər üzrə müzakirlər edəcək, planlar tərtib olunacaq.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2015-ci ilin fevral ayının sonunda başa çatacaq.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20557″ id=”20557″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]