[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/unnamed2.jpg” ]
Gənc Vətənpərvrlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin
vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində Gənclər günü münasibətilə Səbayil rayon 2 saylı Humanitar və texniki elmlər liseyində “Vətəni torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs olmalıdır” mövzusunda elmi nəzəri praktik konfrans və idman tədbiri keçirib.
Konfransı giriş sözü ilə acan Liseyin direktoru B.Mustafayev öncə gənclər günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdikdən sonra icra olunan layihənin vacibliyindən söhbət acdı.
GVB-n sədri M.Əliyev bildirib ki, ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğı birbaşa dövlət siyasəti ilə bağlıdır. O, gənclərlə bağlı layihə və proqramların uğurla həyata kecirildiyini söyləyib və vurğulayıb ki, Gənclər və İdman Nazirliyinin bu istiqamətdə fəaliyyəti xüsusilə qeyd edilməlidir.
Konfrans başa çatdıqdan sonra gənclərlə diskusiyalar aparıldı verilən müxtəlif suallar cavablandırıldı .Tədbirdə iştirak edən məktəbin pedoqoji kolektivinə, ictimayət nümayəndələrinə ,qonaqlara, valideyinlərə rəngli bukletlər və H.Əliyevin əksi olunmuş döş nişanı paylandı və “Vətən uğrunda mübatizəyə hazır ol” devizi altında idman yarışı məktəbin idman zalında davam etdirildi qaliblərə fəxri diplom və hədiyyələrlər təqdim olundu
Tədbirdə, KİV-i üzrə koordinator P.Səfərov , layihə üzrə təşkilat komitəsinin üzvləri könülülər, İdman ictimayətinin nümayəndələri, QHT və KİV-n nümayəndələri iştirak edirdilər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20507″ id=”20507″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]