[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/01/prs1.jpg” ]
22 yanvar 2015-ci il tarixdə, saat 14:00-da “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş “Xalqların Sülh Hüququ” adlı rəsm müsabiqəsi iştirakçılarının sərgisi və təltif olunma mərasimi keçiriləcək. Sərgi Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda(Bakı şəhəri, Əfzələddin Xaqani,19) baş tutacaq.
“Beynəlxalq Sülh Günü” hər il BMT-nin Baş Məclisinin təşəbbüsü ilə atəşkəsin qlobal şəkildə dayandırılması və zorakılıqdan imtina edilməsi günü kimi qeyd edilir. Belə bir günün BMT tərəfindən təsis edilməsi dövlətlərin bir daha həm beynəlxalq, həm də milli səviyyədə sülhün qorunmasına xüsusi diqqət çəkməsi məqsədi daşıyır. Bu günün təsis edilməsinə dair əsas təşəbbüs Universitet rektorlarının beynəlxalq assosiasiyasının San-Xosedə (Kosta-Rika) 28 iyun – 3 iyul 1981-ci il tarixində keçirilən altıncı üç illik konfransında irəli sürülmüşdür. Bu təşəbbüsü və digər amilləri nəzərə alaraq BMT-nin Baş Məclisi ilk dəfə olaraq özünün 30 noyabr 1981-ci il tarixində keçirilmiş 36-cı sessiyasında hər il sentyabr ayının üçüncü çərşənbə axşamının – BMT Baş Məclisinin növbəti sessiyasının açıldığı günün “Beynəlxalq Sülh Günü” kimi qeyd olunması qərarına gəlmişdir. Bu ənənə 2002-ci ilə qədər davam etmişdir.
Belə ki, BMT-nin Baş Məclisin 55-ci sessiyasının 7 sentyabr 2001-ci il tarixli qətnaməsində 21 sentyabrın “Beynəlxalq Sülh Günü” kimi qeyd olunması elan olunmuşdur. Beləliklə 2002-ci ildən başlayaraq hər il 21 sentyabr “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.
Bu günun qeyd olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YUNESKO Mərkəzi və tərəfdaşları YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Em Art” rəsm stidiyası, Azərbaycan Ressamlar İttifaqı, ASAN Könüllüləri Gənclər Təşkilatı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Xalqların Sülh Hüququ” adı altında uşaq və gənclər arasında rəsm müsabiqəsi elan etmişdilər. Sevindirici hal odur ki, müsabiqənin keçirilməsinin təşəbbüskarlarından biri ASAN könüllüsü olan Etibar Qurbanovdur. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direkoru Fərhad Hacıyev, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva və digər qonaqların iştirakı nəzərdə tutulub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20467″ id=”20467″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]