[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/01/unnamed-11.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənc Mühasiblər” İctimai Birliyinin təşkilatçılığı ilə “Bakı ətrafı qəsəbələrdə yaşayan gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi başa çatıb. Müraciətlər əsasında seçilmiş gənc sahibkarlara “Sahibkarlıq fəaliyyəti və məqsədlər”, “Sahibkarlıqda marketinq və satış strategiyası”, “Bazar çevrəsi və bazar fürsətləri”, “Vergilər”, “Mühasibat uçotu” adlı təlimlər keçirilib. Layihə çərçivəsində 4 qrup və hər qrupa 5gün təlim keçirilib.Təlimlərdən 60 nəfərə yaxın gənc sahibkar faydalanıb. Layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.4 bəndinə – Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramında qeyd olunan bəndlərə uyğun olaraq həyata keçirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20361″ id=”20361″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]