[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/12/unnamed13.jpg” ]
15 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Şamaxı Rayon Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatı və Şamaxı rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Şamaxı məktəbliləri arasında keçirilən “DE-FAKTO İNTELLEKT” layihəsinə yekun vuruldu. 3 ay müddətinə və Şamaxı rayonunun 32 orta ümumtəhsil məktəbinin IX-XI sinif şagirdləri arasında təşkil olunan bu layihənin həyata keçirilməsində əsas məqsəd region gənclərinin intellektual oyunlara marağını artırmaq, yeniyetmə və gənclər arasında intellektual oyunlar vasitəsilə Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin təbliği, həmçinin istedadlı və intellektual gəncləri müəyyən edərək ictimaiyyətə tanıtdırmaqdan ibarət idi. Layihənin final mərhələsində Şamaxı rayonunun Muğanlı kəndinin “MUĞAN”, Əngəxaran kəndinin “ZİRVƏ”, Sabir qəsəbəsinin “SABİR” və Şamaxı Avropa Liseyinin “AVROPA” komandaları birincilik uğrunda mübarizə apardılar.
“DE-FAKTO İNTELLEKT” layihəsinin final mərhələsini giriş sözü ilə açan layihə rəhbəri Vasif Şıxıyev layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna öz minnətdarlığını bildirdi. Tədbirin əvvəlində layihənin 3 aylıq müddətində həyata keçirilən fəaliyyəti və mərhələləri özündə əks etdirən video-slayd nümayiş etdirildi.
Final oyununda ayrı-ayrı dövlət qurumlarından dəvət olunmuş qonaqlar – Şamaxı Rayon Gənclər və İdman İdarəsindən Hafiz Xəlilov, Şamaxı Rayon Təhsil Şöbəsindən gənc metodist Anar Osmanov, Təhsilyanı Şuranın üzvü Günel Sadıoqva, həmçinin ictimaiyyət nümayəndələri də iştirak edirdilər. Öz çıxışlarında da qonaqlar layihənin əhəmiyyətindən, bu layihənin yeniyetmə və gənclərin intellektual inkişafına stimul verən rolundan söz açdılar.
Maraqlı və gərgin mübarizə şəraitində keçən layihənin son final oyununda Şamaxı rayonunun Əngəxaran kənd orta məktəbinin “ZİRVƏ” komandası birinci yeri tutmaqla layihənin qalibi olmuşdur. Komandanın üzvlərinə diplomlar, qiymətli hədiyyələr və kubok təqdim olunmuşdur. Müvafiq olar ikinci və üçüncü yerləri AVROPA və SABİR komandalarının şagirdlərinə də diplom və sertifikatlar təqdim olunmuşdur. Tədbirin sonunda təlimçi və ekspertlərə, həmçinin layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə könüllülərə də sertifikatlar təqdim olunmşdur.
Beləliklə, 15 sentyabr 2014-cü il tarixində icrasına başlanılan “DE-FAKTO İNTELLEKT” layihəsi 15 dekabr 2014-cü il tarixində uğurla başa çatıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20303″ id=”20303″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]