[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/12/nn.jpg ” ]
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Təkamül” gənclərin maarifləndirilməsinə dəstək ictimai birliyi tərəfindən həyata keçirilən “Ənənələrin təkamülü” adlı layihəsində rəssamlar, şairlər, yazıçılar eləcə də, dekorativ-tədbiqi sənətlə (keramika, bədii parça, xalça, metal işləmə, zərgərlik sənəti, vitraj, qobelen, və s.) və bununla yanaşı bütün müasir incəsənət növləri (video-art, performans, foto sənəti, instalyasiya, küçə sənəti və s.) məşğul olan yaradıcı gənclərin iştirakı nəzərdə tutulub. Layihənin əsas məqsədi müasir incəsənət strategiyası kontekstində qeyri-maddi, tarixi-mədəni irsin qorunub saxlanması və aktuallaşdırılması, eləcə də milli ənənələr rakursunda müxtəlif mədəni cərəyənların inteqrasiyası, gənclər arasında milli ənənələrin təbliği, mədəni qarşılıqlı əlaqələrin yaradılması, həmçinin sağlam vətəndaş cəmiyyəti şəraitində yaradıcı gənclərin fəaliyyət təcrübəsinin və səviyyəsinin yüksəldilməsidir. Layihə aşağıdakı əsas istiqamətlərdə həyata keçirilib: – Müxtəlif milli mədəni praktikaların (poeziya, rəssamlıq və incəsənət) təqdimatı, eləcə də müasir incəsənət haqqında məlumatların təbliği və yayılması; – Yaradıcı gənclər qrupları arasında fənlərarası dialoqun formalaşdırılması, stimullaşdırılması və yeni yaradıcı konsepsiyaların gerçəkləşdirilməsi. Layihənin gözlənilən yekunu nəticəsində milli mənsubiyyətin qorunub saxlanmasına; ümumilikdə gənclər arasında milli incəsənətə marağın oyanmasına, müasir incəsənət tendensiyaları barədə biliklərinin artırılmasına və bunula da onların aktual mədəniyyət istigamətlərinə yönəldiməsinə tövhə verəcəkdir. Bu layihə Azərbaycan gəncliyinin mədəni və sosial həyatının zənginləşməsinə, tolerantlığın inkişafına və mədəni dialoqun qurulmasına şərait yaradacağdır. Bu layihənin əsas aparıcı qüvvəsi kimi yaradıcı cütlüyün yəni klassik ənənənəvi incəsənət məktəbinin və müasir novatorluq cərəyənlərının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Onlar arasında sıx iş birliyi və fənlərarası dialoqun formalaşması nəticəsində ümumi bədii konsepsiyaya uyğun mədəni məhsulun yaranması gözlənilir. Layinin nəticəsində yaradıcı gənclər tərəfindən yaradılmiş əsərlərin yekun sərgisi 16 dekabr 2014-cü il tarixində saat 19.00-da Müasir İncasənət Mərkəzində (İçəri Şəhər, Qüllə küçəsi 15) keçiriləcək.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20263″ id=”20263″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]