[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/12/DSC_0818.jpg” ]
Layihə rəhbəri Nərgiz Vəliyevanın layihəyə töhfəsi kimi onun şəxsi təşəbbüsü ilə 27 noyabrr 2014-cü il tarixində Sabunçu rayonu Tahir Hacıyev adına 252 saylı tam orta məktəbdə ictimai davranış qaydaları ilə bağlı maarifləndirici tədbir, bu sahədə mövcud problemlər üzrə uşaqlar arasında şifahi sorğu və həmçinin qeyd olunan məktəbin şagirdi Əzimov Adilin ictimai davranış qaydaları ilə əlaqəli olan mövzular üzrə mini-sərgisi keçirilmişdir. Tədbir zamanı şagirdlərlə sərgi əsnasında çəkilmiş şəkillər üzrə əyani vəsait kimi mövzu üzrə maarifləndirici söhbət aparılmışdır. Yüzdən çox şagirdin iştirak etdiyi geniş tədbirdə şifahi sorğunun nəticəsi kimi şagirdlər şəhərimizin gözəlliyini və abadlığını daha yüksək səviyyədə təmin etmək üçün ictimai davranış qaydası pozuntusu olan zibil tullantıların yerə atılması səbəbi kimi şəhər kənarında zibil qutularının azlığı və ya heç olmaması səbəbini bildirmişlər. Həmçinin yol hərəkət qaydalarının pozuntusu, sürücü-sərnişin münasibətlərində davranışları təkmilləşdirmək üçün onlar üçün etik davranış normalarının qəbul olunmasını vacib hesab etmişlər. Ümumi yekdil fikir ondan ibarət olmuşdur ki, normal sivil və mədəni cəmiyyət formalaşdırmağın yeganə yolu insanların şüuruna təsir göstərən təbliğatlar aparmaqdır.
Layihənin təlimçisi Aytən Qurbanova ictimai nəqliyyatda davranış qaydaları, cəmiyyətdə salamlaşma, tanışlıq, xahiş, üzr istəmə kimi davranış və etiket qaydaları haqqında, həmçinin süfrə mədəniyyəti, kafe, restoran, parkda, xidmət və iaşə obyektlərdə davranış qaydaları ilə bağlı şagirdlərə geniş məlumat vermiş və qarşılıqlı müzakirələr aparmışdır. Təlim çərçivəsində məktəbə layihə çərçivəsində çap olunan on ədəd “İctimai davranış qaydalarının təbliğinə məktəbdən başlayaq” kitabı hədiyyə edilib.
Başda Xədicə xanım olmaqla məktəb rəhbərliyi layihənin vacibliyini dönə-dönə vurğulamış və layihənin davamlılığının, daha geniş coğrafiya əhatə etməsinin zərurətini vurğulayıblar.
Tədbirin innovativ və özəl məqamı ondan ibarət olub ki, məktəbin şagirdi Əzimov Adilin rəssamlıq qabiliyyəti üzə çıxarılmış, onun istedadına işıq yandırmaq üçün ictimai davranış qaydaları barədə çəkdiyi rəsmlərin təqdimatı olub. Çəkdiyi rəsm əsərlərinə görə məktəbin fəxri olacaq Əzimov Adilə sertifikat və həvəsləndirici pul mukafatı verilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20112″ id=”20112″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]