[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/IMG_1299.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin fəal iştirakı” layihəsinə start verilib.
Layihənin əsas hissəsi 40 nəfər gəncin iştirakı ilə Bakı şəhərində keçirilən təlim-tədris kurslarından ibarət idi. Layihənin məqsədi regionlarda gənclərin cəmiyyətdə gedən müxtəlif proseslərdə fəal iştirak etməsi, təşkilatlanması, müxtəlif qrant proqramlarından istifadə məqsədilə layihələrin idarə olunması sahəsində biliklərin artırılması, vətəndaş borclarınının dərk etməsi, onlarda sosial məsuliyyətin artırılmasıdır.
Bundan əlavə kurslarda könüllülük və könüllülər üçün stimul mənbəyi, liderlik, planlaşdırma, vaxtın idarə olunması və bu kimi praktiki mövzular aydınlıq gətirib. Region gəncləri ilə iş təşkilatın prioritet sahələrindən olaraq qalır. İştirakçıların mövzuya yüksək marağını nəzərə alaraq, “Gələcəyə İnamlı Gənclər” İctimai Birliyi yaxın gələcəkdə bu kimi maraq doğuran layihələrin həyata keçirilməsi üzərində işləyir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19945″ id=”19945″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]