[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/unnamed20.jpg” ]
17 noyabr 2014-cü il tarixdə Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi və “Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin həyata keçirdiyi “Regionda gənc sahibkarların biznes bacarıqlarının artırılması istiqamətində maarifləndirmə tədbirlərinin təşkil edilməsi” layihəsinin başa çatması münasibəti ilə mətbuat konfransı keçirilib.
Konfrasda “Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Əli Mirzəyev layihə, onun məqsədləri, görüşüb işlər barədə məlumat verib. Qeyd olunub ki, gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün münbit şəraitin mövcud olmasına baxmayaraq bu sahəyə maraq demək olar ki, yox idi. Layihə çərçivəsində təşkil edilən təlimlərdən, seminarlardan, vergi işçilərinin və təcrübəli sahibkarların iştirak etdiyi görüş-müzakirələrdən, rəy sorğularından və digər tədbirlərdən sonra gənclərdə xeyli maraq yaranıb.
Konfransda 5 saylı Ərazi Vergilər İdarəsinin mütəxəssisi R. Məmmədov, Şirvan şəhər məşğulluq mərkəzinin işçiləri, “İşıq” qəzetinin müxbiri F. Məmmədov, APA-nın Mil-Muğan bürosunun müxbiri Ə. Zeynalov, Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi A. Hüseynov iştirak edib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19928″ id=”19928″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]