[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/unnamed17.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsi və Təlimi” İctimai Birliyi artıq neçə müddətdir ki, regionlarda həyata keçirdiyi “Azərbaycan həqiqətlərinin gənc nəsilə təbliğ edilməsi” layihəsini yekunlaşdırıb. Bunu “Gənclərin Maarifləndirilməsi və Təlimi” ictimai birliyinin sədri, layihə rəhbəri Elnurə Əsgərova bildirib. Layihə 3 ay müddətində Ağcabədi, Ağdam, Bərdə, Şirvan, Hacıqabul, Sabirabad rayonlarında keçirilməklə 300 nəfər gənc və yeniyetməni əhatə edib. Layihədə Qarabağ müharibəsi, erməni vandalizmi, Xocalı soyqrımı, əsir və girovlar haqqında yeniyetmə və gənclər arasında maarifləndirmə kampaniyası təşkil edilmiş, seminarlar keçirilmişdir. E.Əsgərova bildirib ki, artıq 22 ildir ki, ərazi bütövlüyü pozulmuş, 20 mindən çox şəhid vermiş Azərbaycan xalqı öz haqqı olan torpaqlarını geri almalıdır. Əgər bu gün müharibə başlasa gənclər ön sıralarda olacaq. Ona görə də bu cür layihələrin davamlı şəkildə keçirilməsi vacibdir. Elnurə Əsgərova Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın çağrışına gənclərin hər an hazır olduğunu bildirib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19901″ id=”19901″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]