[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/unnamed-117.jpg” ]
“Ayna” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi “Gənclər təşkilatları üçün PR- xidmətin yaradılması modeli- NLP tətbiq etməklə mükəmməl ünsiyyətin qurulması bacarıqları” adlı layihəsini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyəsi ilə reallaşan layihə çərçivəsində 05-07 noyabr 2014-cü il tarixlərində Şirvan şəhərində icra planına uyğun olaraq 3 təlim, 6 dərs keçirilib.
Təlimin ilk dərs günü təlimçi Sənan Nəcəfovun təqdimatında layihə haqda ətraflı məlumat verilib. Sonra kütlə qarşısında həyacanın aradan qaldırlması, çıxış zamanı jest, göz kontaktları, mimika və səs tempinə diqqət yetirilməsi, diqqətçəkici, maraqlı, təsiredici çıxış qurmaq, bədən dili, Neyro-linqvistik proqramlaşdırma haqda anlayış, NLP ilə mükəmməl ünsiyyətin qurulması, özünü təqdimetmə haqda peşəkar təlim standartlarına uyğun dərs keçirilib. Təlimin ikinci və üçüncü günü Gənclər təşkilatları üçün PR xidmətin yaradılması, PR strategiya, press-relizin hazırlanması, mətbuat konfransının keçirilməsi, brifinq təşkili dərsləri keçirilib. Şirvan şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarını təmsil edən gənclərin keçirilənləri mənsimsəmləri üçün təlim vorkşoplar, təlim oyunları ilə müşayit olunub.
Təlimçi Sənan Nəcəfov təlimlərin yüksək səviyyədə keçdiyini bildirib. Onun sözlərinə görə Şirvan şəhərində keçirilən təlimlıərə 40-a yaxın gənc qatılıb. Növbəti təlim günündə imicin formalaşdırlması və hədəf qrupları ilə iş, liderlik, kamera qarşısında mesajın verilməsi, Fondrayzinq, sponsor axtarışı, Sorğu, monitorinq və araşdırma aparılması dərsləri keçiriləcək.
Xatırladaq ki, Gənclər Fondunun maliyyəsi ilə reallaşan layihə Gəncə, Şirvan, Bakı, Sumqayıt şəhərlərində keşirilməsi nəzərdə tutulur. Bundan başqa Qəbələ, Quba, Şəmkir və Masallıda bir günlük master-klasslar olacaq.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19891″ id=”19891″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]