[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/unnamed11.jpg” ]
Azərbaycan Respublikasının Prezdenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi gənc Əliyeva Elnarə “Sağlam həyat tərzi” adlı layihə
həyata keçirib. Sentyabrın 1-dən başlayan layihə çərçivəsində 6 saylı məktəb liseydə Sağlam həyat tərzi günləri keçirilib. 200 nəfərə yaxın şagird həkim-təlimçi Nailə Daşdəmirovanın tədris etiyi təlimlərdə iştirak edib. Sağlam həyat tərzi ilə bağlı maarifləndirici təlimlərdən sonra tək və ya qrup halında 31 ədəd divar qəzeti hazırlanib. Sevindirici hal ondan ibarətdir ki, uşaqlar divar qəzetlərini hazırlayarkən təlimdə əldə etdikləri biliklərdən geniş istifadə edərək maraqlı ideyalarla çıxış ediblər. “Sağlam Həyat tərzi” layihəsnin yekun mərhələsi isə Park Bulvar AVM-də baş tutub.
Noyabrın 6-sı layihənin sonunda Sağlam həyta tərzinə dair hazərlanan bütün divar qəzetləri Park Bulvar AVM-də nümayiş etdirildi. Park Bulvar AVM-in PR Meneceri Günay Malikqızı çıxış edərək bu gün üçün mövzunun aktual olduğunu və əməkdaşlıq üçün təşəkkür etdi. Tədbirdə məktəbin müəllim, şagird və valideynləri iştirak ediblər. Divar qəzetləri arasından 3 ən yaxşı divar qəzeti seçilib. Qaliblərə xüsusi, digər müəlliflərə isə simvolik hədiyyələr təqdim edildi.
Layihənin rəhbəri Əliyeva Elnarə layihəni dəstəklədiyi üçün Azərbaycan Gənclər Fonduna və 6 saylı məktəb liseyin rəhbəri Gülşən Orucovaya, müəllim və şagirdlərinə dərin təşəkkürünü bildirib.
Layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və 6 saylı-məktəb liseyin təşkilatı dəstəyi ilə baş tutub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19824″ id=”19824″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]