[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/DSC_0069.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 29, 30 oktyabr tarixlərində Lənkəran və Quba şəhərlərində yol hərəkət qaydalarının təbliği məqsədilə məktəblilər arasında “TƏHLÜKƏ – SİZ” layihəsi həyata keçirilib. Tədbir zamanı layihə rəhbəri Tuğay Kərimov şagirdlərə Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun bir sıra müddəaları, piyadaların xüsusilə uşaqların küçə və yollarda davranış qaydaları və hərəkəti nizamlayan bəzi yol nişanları haqqında ətraflı məlumat verib. Piyadalar tərəfindən yol hərəkət qaydalarına əməl etməyin vacibliyi xüsusilə vurğulayıb. Tədbirin sonunda şagirdlərə yol hərəkət qaydalarından düzgün istifadəni əks etdirən maarifləndirici çap materialları paylanılıb.
“TƏHLÜKƏ – SİZ” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Gəncə şəhərində həyata keçirləcək.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19756″ id=”19756″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]