[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/unnamed-46.jpg” ]
31 oktyabr 2014-cü il tarixində fərdi şəxs qismində Nərgiz Vəliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən iki aylıq “Ictimai davranış qaydalarının təbliğinə məktəbdən başlayaq!” layihəsi çərçivəsində ilk təlimini həyata keçirilib.
Layihə çərçivəsində ilk təlim Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Xocavənd rayon Nərimanlı tam orta məktəbində həyata keçirildi.
Tədbirin açılışında giriş nitqi edərək layihənin rəhbəri Nərgiz Vəliyeva vurğuladı ki, uzun müddət sovet ideologiyası ilə yaşadıqdan sonra müstəqillik qazanan zamandan bəri milli dəyərlərimizin düzgün, effektiv şəkildə aşılanmaması, keçid dövrünü yaşamağımız, 1 milyona yaxın qaçqın və məcburi köçkün problemi ictimai davranış qaydalarında pozuntulara gətirib çıxardıb. Həmçinin Bakı və ətrafının urbanizasiyalaşması prosesi, kənd və rayon yerlərindən işsiz qalan əhalinin şəhərə iş dalınca üz tutması, kənd və şəhər ictimai davranış qaydalarının, dəyərlərinin bir-birinə çulğaşması prosesi daha da mürəkkəbləşdirdi. Lakin getdikcə güclənən dövlətimiz və iqtisadiyyatımız fonunda Azərbaycanın Qərbə inteqrasiyası zamanında, bir dövlət kimi güclənməsi, dünya birliyinin, beynəlxalq ictimaiyyətin bir üzvü olması onun mədəni dəyərlərinin təcəssümünü tələb edir. Bu baxımdan layihənin əsas məqsədi gələcəkdə gənc mədəni, sivil nəsil formalaşdırılmasına nail olmaqdır.
Layihənin təlimçisi Aytən Qurbanova ilk təlim çərçivəsində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Xocavənd rayon Nərimanlı tam orta məktəbinin yuxarı sinif şagirdlərinə ictimai nəqliyyatda davranış qaydaları, cəmiyyətdə salamlaşma, tanışlıq, xahiş, üzr istəmə kimi davranış və etiket qaydaları haqqında, həmçinin süfrə mədəniyyəti, kafe, restoran, parkda, xidmət və iaşə obyektlərdə davranış qaydaları ilə bağlı şagirdlərə geniş məlumat verib və qarşılıqlı müzakirələr aparıb. Təlim çərçivəsində şagirdlərə layihə çərçivəsində çap olunan “İctimai davranış qaydalarının təbliğinə məktəbdən başlayaq” kitabı hədiyyə edilib. Kitabda yuxarıda qeyd olunan və əlavə mövzular geniş işıqlandırılıb.
Məktəb rəhbərliyi və Təhsil şöbəsinin nümayəndələri layihənin vacibliyini dönə-dönə vurğulamış və layihənin davamlılığının, daha geniş coğrafiya əhatə etməsinin zərurətini vurğulayıblar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19721″ id=”19721″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]